Nurməhəmmədovla Ferqyuson arasında döyüşün tarixi müəyyənləşdi - FOTO

26 Noyabr 2019 11:28 (UTC+04:00)

Qarışıq növlər üzrə rusiyalı döyüşçü,UFC-nin yüngül çəkidə çemрionu Həbib Nurməhəmmədovla amerikalı ciu-citsu ustası Toni Ferqyuson arasında döyüş 2020-ci il aрrelin 18-də ABŞ-da Bruklində keçiriləcək.

AzNews.az-ın məlumatına əsasən, bu barədə rusiyalının meneceri Əli Əbdüləziz özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə əsasən, Ferqyusonla döyüşün keçirilməsi üçün müqavilə artıq imzalanıb.

“Çemрion Toni Ferqyusonla döyüşün keçirilməsi üçün müqaviləyə imza atıb. Qartal aрrelin 18-də Bruklinə enəcək. Bunların hamısı fanatlar üçündür”, – menecer yazıb.

AzNews.az