Prezident Fərəh Əliyevaya vəzifə verdi

29 Noyabr 2019 18:09 (UTC+04:00)

Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, F.Əliyeva bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində işləyib.

AzNews.az