“Barselona”nın hücumçusu 10 həftə oynaya bilməyəcək

30 Noyabr 2019 10:14 (UTC+04:00)

“Barselona” zədəli futbolçusu Usman Dembelenin son durumu barədə məlumat yayıb.

22 yaşlı fransalı hücumçunun 10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Futbolçunun əzələsindən əziyyət çəkdiyi barədə məlumat verilib.

Usman Dembele sabiq komandası Dorttmund “Borusiya”sı ilə görüşdə zədələnib.

O, 26-cı dəqiqədə həmyerlisi Antuan Qrizmanla əvəzlənib. (Oxu.az)

AzNews.az