Bakıda məktəbli qızlar itkin düşüb

23 May 2013 10:52 (UTC+04:00)



Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, ötən gün rayonun Yeni Suraxanı qəsəbə sakinləri – 12 yaşlı Nərmin Elman qızı Qəhrəmanova, 15 yaşlı Pərixanım Elman qızı Əsgərova və 17 yaşlı Sevda Səfa qızı Həsənovanın itkin düşməsi barədə polisə məlumat daxil olub. Qızların itkin düşməsi xəbərini polisə valideynləri məlumat verib.

Polisə məlumat daxil olan kimi dərhal qızların axtarışlarında başlanıb. Lakin hələlik onları tapmaq mümkün olmayıb.

Hazırda axtarışlar davam etdirilir.

AzNews.az