Mobil şəbəkə şirkəti “App Annie” son 10 ilin ən çox endirilən 10 tətbiqinin adını açıqlayıb. Siyahıda ilk onluğa düşən tətbiqlərin sadəcə bir ümumi cəhəti var.
AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, ABŞ-da 10 il öncə ağıllı telefon işlədənlərin sayı 62 milyon nəfər idisə, bu say hazırda 265 milyona çatıb.
İngiltərədə 2010-cu ildə əhalinin sadəcə 17 faizi ağıllı telefon işlədirdisə, bu say hazırda 78 faizi keçib.
Bu göstəricinin 95 faizini 16-24 yaş arası insanlar təşkil edir. Ağıllı telefonlarda ən önəmli nüans mobil tətbiqlərdir.
Son 10 ilin ən çox endirilən tətbiqləri siyahıya alındığında təəccübləndirən bir məqam ortaya çıxmır. Siyahıda ilk sıranı “Facebook tutarkən, ikinci sırada da tanış bir ad yer alır - şəbəkənin mesajlaşma tətbiqi “Facebook Messenger”…. Siyahının növbəti pillələrində qərarlaşan “Instagram” və “Whatsapp” isə onsuz da “Facebook” un nəzarəti altındadır.
Son 10 ilin ən çox endirilən 10 mobil tətbiqi:
1. “Facebook”
2. “Facebook Messenger”
3. “WhatsApp Messenger”
4. “Instagram”
5. “Snapchat”
6. “Skype”
7. “TikTok”
8. “UC Browser”
9. “Youtube”
10. “Twitter”
Səidə Vahid
AzNews.az