Qubaya canavar hücumu

24 May 2013 08:40 (UTC+04:00)
Quba rayonunun Zərdabi qəsəbəsinə canavarlar hücum edib. AzNews.az-a daxil olan məlumata görə, canavarlar qəsəbə sakinlərinin şəxsi təsərrüfatına ciddi ziyan vurublar.

Belə ki, bu gün səhər canavarlar qəsəbə sakini Tahir Ağayevin 12 baş xırda buynuzlu heyvanı paralayıblar.

Yırtıcıların hücumu qəsəbə sakinlərini qorxuya salıb.

Ruhiyyə
AzNews.az