İTV-də növbəti kadr dəyişikliyi

25 May 2013 09:57 (UTC+04:00)



"Qafqazinfo"nun xəbərinə görə, İTV-yə yeni seçilən baş direktor Cəmil Quliyev bu dəfə televiziyanın Musiqi Departamentinin rəhbərini dəyişib.

Maraqlıdır ki, bu dəfə də təyinat AzTV üzərindən gerçəkləşib. Belə ki, İTV-yə gətirilən Əsəd Məmmədov əvvəllər AzTV-nin Musiqi redaksiyasının baş redaktoru olub. O, AzTV-də Nadir Axundovun kadrı kimi tanınıb.

Bu vaxta kimi isə İTV-də musiqi departamentinin rəhbəri Natiq Abdullayev olub. O, mayın əvvələrində vəzifəsindən kənarlaşdırılıb.

AzNews.az