Havanın temperaturu enəcək

26 May 2013 15:58 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecə 15-17°, gündüz 22-24° isti olacaq.

Azərbaycan rayonlarında havanın temperaturu gecə 12-17°, gündüz 21-26° isti olacaq.

Əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

AzNews.az