“Eurohome”dakı yanğını Baş Prokurorluq araşdırır

12 May 2020 17:43 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi dünən gecə saatlarında “Eurohome” tikinti malları mağazasında baş verən yanğınla bağlı araşdırma aparıldığını bildirib.

AzNews.az-ın məlumatına görə, nazirliyin sözçüsü Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mayın 11-də “EuroHome” tikinti malları bazarında baş vermiş yanğın hadisəsi Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində araşdırılır.