Tibbi maskalar pulsuz ola bilərmi?

15 May 2020 20:22 (UTC+04:00)

“Azərbaycanda maskaların qiymətinin endirilməsi və ya pulsuz olması məsələsinə gələcəkdə baxıla bilər”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə deyib ki, heç bir bəhanə maskadan istifadə etməməyə əsas vermir:

"Hər bir kəs evdə maska düzəldə bilər. Bunun üçün təlimatlar da yayılıb".