Bulvardakı qaydalara polis nəzarət edəcək

18 May 2020 19:54 (UTC+04:00)

Bu gündən etibarən Bulvar sakinlərin ixtiyarına verilib.

AzNews.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bulvar İdarəsinin rəisi İlqar Mustafayev bildirib.

İ.Mustafayev qeyd edib ki, insanlar qaydalara riayət etməlidirlər:

"Masalar arasında məsafə 2 metrdən az, insanlar arasında məsafə 1 metrdən az olmamalıdır. Daxili İşlər Nazirliyinin əməkdaşları da qaydalara riayət edilməsinə nəzarət edəcək".

Bulvar rəsmisinin sözlərinə görə, atraksiyonlar, uşaq əyləncə mərkəzləri, gəmi istifadə üçün açılmayacaq.