ABŞ Azərbaycana 3 milyon dollardan çox vəsait ayırdı

20 May 2020 11:00 (UTC+04:00)

ABŞ COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Azərbaycana 3 milyon 565 min dollar vəsait ayırıb.

Bu barədə məlumat ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

Qeyd olunub ki, həmin məbləğin 3 milyon dolları laboratoriya sistemlərinin hazırlanması, koronavirusa yoluxma hallarının aşkarlanması üzrə işlərin fəallaşdırılması, texniki ekspertlərin dəstəklənməsi və bu istiqamətdə digər tədbirlər üçün ayrılıb. Bundan başqa, daha 565 min dollar isə pandemiya zamanı miqrant və qaçqınlara humanitar yardımı əhatə edir.

Son 20 ildə ABŞ Azərbaycana ümumilikdə 894 milyon dollardan çox, o cümlədən səhiyyə sahəsinə 41 milyon dollara yaxın sərmayə qoyub. (Trend)

AzNews.az