Prokurorluq işçilərinə fəxri adlar verildi

21 May 2020 16:45 (UTC+04:00)

Prezident İlham Əliyev “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

AzNews.az-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı prokurorluq işçilərinə “Əməkdar hüquqşünas” fəxri adı verilir:

Usubov Rüstəm Sabir oğluna

Əsgərov Namiq Əli oğluna.