Azərbaycanda propilen və etilen istehsalı artıb

23 May 2020 18:21 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 44,8 min ton həcmində propilen istehsal edilib.

AzNews.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 43,7 min tonu əmtəəlik məhsul olub.

İlin dörd ayında ümumilikdə propilen istehsalının həcmi ötən ilin müvafiq dövründən 17,9%, əmtəəlik məhsulun həcmi isə 15,3% çox olub.

Hesabat dövründə ölkədə 31,8 min ton həcmində polietilen istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 24,5% azdır.

Bu ilin dörd ayı ərzində etilen istehsalının həcmi isə 18,2% artaraq 57,7 min ton təşkil edib.