Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla əlaqəli həftəsonu qadağaları əsas gətirərək alış-veriş edənlərə bir daha müraciət edib.
AzNews.az xəbər verir ki, müraciətdə alış-veriş zamanı insanlara özlərini qorumaq tövsiyə olunub:
- Mümkündürsə, onlayn alış-verişə üstünlük verin.
-Alış-verişə ailənizdən bir nəfər göndərin.
-Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın. Xəstəsinizsə, mağazaya getməyin.
-Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə örtün və ya dirsək bükümünüzdən istifadə edin.
-Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.
-Digərləri ilə fiziki məsafə saxlayın.
-Ödəniş etdiyiniz kartı dezinfektantla təmizləyin.
-Ödənişdən sonra spirt tərkibli dezinfektantla əllərinizi təmizləyin.
-Evə qayıtdıqda əllərinizi mütləq su və sabunla yuyun.