Göldə batan gəncin meyiti tapıldı

7 İyun 2020 16:21 (UTC+04:00)

Kürdəmirdə süni göldə batan 20 yaşlı gəncin meyiti tapılıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Kürdəmir rayonunun Sovla kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun axtarışları başa çatıb.

B.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.