İyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq.
AzNews.az-ın verdiyi xəbərə görə, bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.
O bildirib ki, həmin gün saat 15:00-da ikinci uçuş həyata keçiriləcək.
“Təyyarələrin maksimal sərnişin tutumu 106 yerlikdir, lakin bilet satışına sadəcə 100 yer çıxarılacaq. Bu gün təsdiq olunmuş yeni qaydalara uyğun olaraq, əgər uçuş zamanı hansısa bir sərnişində xəstəlik simptomu aşkar edilərsə, həmin sərnişin təyyarənin arxa sıralarında ayrılmış zonada yerləşdirilməlidir, respirator tipli maska ilə təmin edilməlidir və məsafə saxlanılması şərti ilə digər sərnişinlərdən təcrid edilməlidir”, - o deyib.
***
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, Naxçıvandan gələn sərnişinlər hava limanında tibbi müayinədən keçirildikdən sonra ev karantininə göndəriləcək.
***
İyunun 18-də Naxçıvandan da Bakıya iki reys həyata keçiriləcək.