Azərbaycana gələn əcnəbilərə bu şərtlər qoyuldu

11 İyun 2020 18:43 (UTC+04:00)

“Azərbaycana gələn bütün sərnişinlərin son 48 saatda aldıqları koronavirusdan neqativ nəticə olduğunu göstərən arayış olmalıdır”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.

O bildirib ki, hər bir sərnişinin temperaturu ölçüləcək və dezinfeksiya olunacaq: “Temperaturu yüksək olan şəxslər tibb müəssisələrinə köçürüləcək”.