Teymur Mustafayev dəfn olunub

12 İyun 2020 09:55 (UTC+04:00)

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında koronavirusdan vəfat edib.

Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il dünyasını dəyişib, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb. (Report)

AzNews.az