“Öz itini gəzdirəndən sonra qonşuya vermək qadağandır”

12 İyun 2020 20:46 (UTC+04:00)

“Binalarda yaşayan insanların ev heyvanları var. Xahiş edirik ki, insanlarımız onlara heyvanların küçəyə çıxarılması ilə bağlı yaradılmış imkandan sui-istifadə etməsinlər”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, karantin günlərində bir nəfərin öz itini gəzdirdikdən sonra başqasına, qonşusuna verməsi qadağandır: "Yoxsa heyvanı bir- iki saat özü çıxarsın, sonra qonşusuna versin. Bu kimi hallar yaşanmamalıdır. Vəziyyətin ciddiliyi nəzərə alınaraq tələb edilən qaydalara əməl etmək lazımdır. Belə hallara ciddi nəzarət olunacaq”.