Misirdə də rekord qeydə alındı

13 İyun 2020 10:07 (UTC+04:00)

Misirdə koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə son sutka ərzində 1 577 nəfərdə koronavirus aşkarlanıb.

AzNews.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da Misirdə koronavirusa yoluxanların ümumi sayı 41 303-ə yüksəlib.

Bundan əlavə, son 24 saat ərzində daha 45 nəfər koronavirusun qurbanı olub. Nəticədə ölkədə koronavirusdan ölənlərin sayı 1 422-yə çatıb.

Daha əvvəl Pakistanda koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınmışdı.