ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var

21 İyun 2020 16:11 (UTC+04:00)

ABŞ-da atışma olub.

AzNews.az TASS-a istinadən xəbər verir ki, hadisə Minnesot ştatının Minneapolis şəhərində qeydə alınıb.

Belə ki, şəhərin cənub-qərbində naməlum şəxs tərəfindən törədilən silahlı insident nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər xəsarət alıb.

"Xannepin küçəsində baş verən silahlı hadisə zamanı 12 nəfər xəsarət alıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 11 yaralının həyatı üçün təhlükə yoxdur", - deyə xəbərdə bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır.