Rusiyada son sutka ərzində daha 7728 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
AzNews.az-ın lent.ru-ya istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 584 680 nəfərə çatıb.
Son sutka ərzində 99 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8111 nəfərə çatıb.