Kürdə 1 nəfər batıb

22 İyun 2020 18:34 (UTC+04:00)

Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

AzNews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.