BMT-nin 28 işçisi koronavirusdan ölüb

24 İyun 2020 02:52 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının 28 işçisi koronavirusdan ölüb.

AzNews.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın Cenevrədəki qərargahının rəsmi nümayəndəsi Alessandra Veluççi məlumat yayıb.

Sənəddə iyunun 21-nə olan məlumata görə, BMT-nin 1140 əməkdaşında koronavirusa yoluxma aşkarlandığı, onlardan 28-nin vəfat etdiyi deyilir.

BMT rəsmisi ölən şəxslərin çalışdığı ölkə və ya ofis barədə açıqlama verməyib.

Pərvanə