İranda koronavirusdan ölənlərin sayı 10 minə çatır

24 İyun 2020 19:05 (UTC+04:00)

İranda son 24 saatda daha 133 nəfərin koronavirusdan ölməsi ilə ümumilikdə xəstəlik səbəbindən həyatını itirənlərin sayı 9 996-ya yaxınlaşır.

AzNews.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib.

Onun sözlərinə görə, ötən gün ərzində daha 2 531 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bununla ölkə üzrə yoluxma hallarının ümumi sayı 212 501-ə çatıb.

172 096 pasiyentin müalicə olunaraq sağaldığı, ümumilikdə 1 502 525 nəfərin isə koronavirus testindən keçdiyi açıqlanıb.