Ermənistanda rekord sayda yoluxma faktı qeydə alındı

26 İyun 2020 11:48 (UTC+04:00)

Ermənistanda daha 759 nəfərdə koronavirus aşkarlanıb.

AzNews.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 23 247-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 410-a çatıb. İndiyədək 12 149 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 625 aktiv koronavirus xəstəsi var.