İndoneziyada son sutkada yeni növ koronavirusa yoluxanların sayı 1 240 nəfər olub. Bununla da ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 51 427-yə çatıb.
AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, İndoneziyada koronavirusun yayılmasından bəri 2 833 nəfər ölüb, 21 333 nəfər sağalıb.