Azərbaycan və Ermənistan arasında bu gecədən humanitar atəşkəs elan olundu

17 Oktyabr 2020 22:58 (UTC+04:00)

Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00:00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

AzNews.az XİN-in saytına istinadən xəbər verir ki, bu qərar ATƏT-in Minsk Qrupu həm-sədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.