Avstriya 3 noyabrdan karantinə keçir

1 Noyabr 2020 14:22 (UTC+04:00)

Avstriya kansleri Sebastian Kurz ölkədə koronavirusun geniş yayılmasının qarşısını almaq üçün 3 noyabrdan etibarən özünü təcridetmə rejiminin tətbiq olunacağını açıqlayıb.

AzNews.az-ın xəbərinə görə, məhdudlaşdırıcı tədbirlər 30 noyabra qədər qüvvədə olacaq.

3 noyabrdan Avstriya sakinlərinə yaşayış yerini saat 20:00-dan 6:00-a qədər tərk etmək qadağan edilir.

Bu qadağa istisnaları nəzərdə tutur. Belə ki, Kurza görə, komendant saatı dövründə işə gedə və hətta gəzintiyə çıxmaq olar.

Restoranlara yalnız yemək hazırlamaq üçün icazə veriləcək. Otellər son dərəcə məhdud şəkildə fəaliyyət göstərməyə davam edəcəklər. Muzeylər, teatrlar, zooparklar, idman salonları işlərini dayandırmaq məcburiyyətində qalacaq.

Məktəblərdə təhsilə hələlik davam ediləcək, lakin səlahiyyətlilər bu qərara yenidən baxmaq hüququnu özündə saxlayır.

“Avstriya dünyanın ən yaxşı səhiyyə sistemlərindən birinə sahibdir, lakin imkanları məhdud deyil”, - deyə Kurz bildirib.

Qeyd edək ki, ötən gün Avstriyada 5349 koronavirus infeksiyası qeydə alınıb. Pandemiyanın başlamasından bəri ümumi yoluxma sayı 100 mindən çoxdur.

Xatırladaq ki, bu həftənin əvvəlində Almaniya və Fransa antivirus məhdudiyyətlərinin geri döndüyünü elan ediblər və İspaniyada 25 oktyabrda fövqəladə vəziyyət elan edilib.