Xocavənd və Şuşanın Ordumuz tərəfindən atəşə tutulması xəbəri yalandır

5 Noyabr 2020 10:45 (UTC+04:00)

Erməni tərəfinin Xocavənd və Şuşanın Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Nazirlik bir daha bildirir ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur.