Moskvada 69 nəfər ölüb

6 Noyabr 2020 10:45 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 69 nəfər ölüb.

Məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 69 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 7 140 nəfərə çatıb.

AzNews.az