Seyran Ohanyanın oğlu da Qarabağda yaralanıb

7 Noyabr 2020 09:37 (UTC+04:00)

Dağlıq Qarabağda döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyanın oğlu Artur da yaralanıb.

AzNews.az “Vestnik Kavkaza”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Karen Mejlumyan bildirib.

“O, yaralanıb, indi xəstəxanaların birindədir. Digər detalları deyə bilmərəm”, - Mejlumyan məlumatlandırıb.

Daha əvvəl Arturun atası Seyran Ohanyanın ağır yaralanması barədə xəbər verilmişdi.