Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı olub.
AzNews.az TASS-a istinadən xəbər verir ki, dövlət başçıları Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı Qarabağda Rusiya və Fransanın, həmçinin, ATƏT-in Minsk qrupu çərçivəsində koordinasiyalı vasitəçilik səylərinin davam etdirilməsi təsdiq olunub.