30 oktyabrda Türkiyənin İzmir şəhərində baş vermiş 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb.
AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yaralanan 1034 nəfərdən 1011-i xəstəxanadan evə buraxılıb, 23 nəfərin müalicəsi davam etdirilir.