Yerevanda etiraz aksiyası keçirilir

11 Noyabr 2020 13:45 (UTC+04:00)

Ermənistanın paytaxtı Yerevanda ölkənin Dağlıq Qarabağ münaqişəsində kapitulyasiyası ilə əlaqədar etiraz aksiyası keçirilib.

Erməni KİV-lərinin yaydığı məlumata görə, etiraz aksiyasının qarşısı polis tərəfindən alınıb.

Qeyd olunur ki, aksiya başlamamış polislər 20-yə yaxın şəxsi saxlayıb.

Saxlananlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, müxalif partiyaların nümayəndələri olub.

Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın üçtərəfli bəyanatı imzalaması ilə əlaqədar etirazlarını davam etdirəcəklərini bildirib.

AzNews.az