Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
AzNews.az-a xəbər verir ki, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla ölkə ərazisində intenetə məhdudiyyət götürülüb.
Vətəndaşlar heç bir internet məhdudiyyəti olmadan informasiya resurslarından istifadə edə bilərlər.