ABŞ-ın COVID-19 vaksini bu vaxta bütün əhalisi üçün əlçatan olacaq

14 Noyabr 2020 10:05 (UTC+04:00)

ABŞ-ın koronavirus əleyhinə vaksini gələn ilin aprel ayında ölkənin bütün əhalisi üçün əlçatan olacaq.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Qida və Dərman Administrasiyasının (FDA) ABŞ-da hazırlanan preparatlardan birini tezliklə təsdiqləyəcəyi gözlənilir.

“Milyonlarla doz tezliklə buraxılacaq. Onlar hazırdır və bu yekun təsdiqlənməni gözləyirlər. Artıq aprel ayında vaksin bütün əhali üçün əlçatan olacaq”, - amerikalı lider deyib.