Ukrayna klubunda bir gündə 25 nəfər koronavirusa yoluxdu

19 Noyabr 2020 19:37 (UTC+04:00)

Ukraynanın "Prikarpatye" klubunda koronavirusa kütləvi yoluxma halı baş verib.

AzNews.az I liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, bir gündə 25 nəfərdə infeksiya aşkarlanıb.

Yalnız 5 futbolçu və 3 məşqçinin testi mənfi çıxıb. Xəstələrin əksəriyyəti ikinci, bəziləri isə üçüncü dəfə virusa yoluxub.

Bütün komanda karantinə alınıb.

Qeyd edək ki, "Prikarpatye" klubu 14 turdan sonra turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.