Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 16 207 nəfər yoluxub.
"Sinxua"yanın yaydığı məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 087 608 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 302 nəfər ölüb, ölənlərin ümumi sayı 169 485 nəfər təşkil edir.
AzNews.az