Moldovada fövqəladə vəziyyət rejimi tətbiq olunacaq

27 Noyabr 2020 20:28 (UTC+04:00)

Moldovada koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.

AzNews.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Moldova hökuməti məlumat yayıb.

Bildirilib ki, hökumət noyabrın 30-dan yanvarın 15-dək fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, Moldovada indiyə kimi COVID-19-a 102 894 yoluxma qeydə alınıb, 2 229 nəfər vəfat edib.