ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp prokurorluğa çağırılıb.
AzNews.az xəbər verir ki, o, atasının 2017-ci ildə andiçmə mərasimi üçün yığılan pulu mənimsəməsi ilə bağlı aparılan araşdırma çərçivəsində Vaşinqton Baş Prokurorluğunda ifadə verib.
Tramp Admistirasiyası özlərinə məxsus oteldə andiçmə zamanı qeyri-kommersiya təşkilatı tərəfindən toplanan 1 milyon dollardan artıq pulu həmin gün xərcləyərək vəzifələrindən sui-istifadə etməkdə ittiham olunur.