Daha bir ölkənin prezidenti özünü təcrid etdi

4 Dekabr 2020 22:10 (UTC+04:00)

Estoniya Prezidenti Kersti Kalyulayd özünütəcrid rejiminə keçib.

AzNews.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb. Kalyulayd bildirib ki, dekabrın 1-də koronaviruslu xəstə ilə təmasda olduğu üçün bu qərarı alıb.

“Koronavirus xəstəsi ilə təmasda olduğum üçün səhiyyə idarəsinin təlimatına əsasən özümü təcrid etməliyəm”, - deyə estoniyalı dövlət başçısı bildirib.