Ermənistan prezidenti Armen Sarkisyan Qırğızıstandakı səfir Qagik Kalaçyanı vəzifəsindən azad edib.
AzNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə fərman prezidentin saytında dərc olunub. Kalaçyan baş nazir Nikol paşinyanın təklifi əsasında işdən çıxarılıb.
O, bu posta 2018-ci ilin noyabrından rəhbərlik edirdi.