Britaniyada koronavirusdan ölüm sayı 61 minə yüksəlib

6 Dekabr 2020 17:29 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 15,5 min nəfər koronavirusa yoluxub.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, orta hesabla, son bir həftə ərzində krallıqda sutkalıq 14,3 min insan koronavirusa yoluxub.

Ümumilikdə, ölkə üzrə 1,7 milyon yeni növ virusa yoluxma qeydə alınıb. Ölüm sayı isə 61 minə yüksəlib. Bu, Avropada ən yüksək göstəricidir.