Almaniyanın cənubundakı Bavariya federal torpağında yenidən fövqəladə vəziyyət elan edilib.
AzNews.az-ın məlumatına görə, bunu federal torpağın baş naziri Markus Zyeder deyib.
Onun sözlərinə görə, fövqəladə vəziyyət bölgədə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilib.
Fövqəladə vəziyyət 8 dekabrdan tətbiq ediləcək və gələn ilin yanvar ayının 6-na kimi davam edəcək.