İlin əvvəlindən bu günə qədər Azərbaycanda qeydə alınan zəlzələlərin sayı açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 40 rəqəmsal seysmik stansiyanın məlumatı əsasında bu günə qədər RSXM-nin Zəlzələlərin tədqiqatı bürosu tərəfindən 11 016 yeraltı təkan, 1 021 partlayış qeydə alınıb.
Məlumata əsasən, zəlzələlərdən 3 579-u Azərbaycan ərazisində olub. Onlardan 3 025-i regional, 2 301-i isə uzaq zəlzələlərdir. Bundan başqa, tək stansiya tərəfindən 1 090 zəif təkan qeydə alınıb.
Qeyd olunub ki, Azərbaycan və ona bitişik ərazilərdə maqnitudaları ml>3 olan 70 zəlzələ qeydə alınıb, onlardan 20-si hiss olunub.