Ceyhun Bayramov İran prezidenti ilə görüşüb

9 Dekabr 2020 15:15 (UTC+04:00)

İranda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytı məlumat yayıb.

Görüşdə qarşılıqlı əlaqələrin inkişafı perspektivi və regionda təhlükəsizlik məsələləri müzakirə edilib.