Rusiyada “Qiyamət təyyarəsindən” 1 milyonluq oğurluq

10 Dekabr 2020 18:43 (UTC+04:00)

Rusiyada nüvə müharibəsi baş verəcəyi təqdirdə istifadəsi nəzərdə tutulan “Qiyamət təyyarəsi” adlandırılan “İl-80” model təyyarəsi soyulub.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Rostovdakı təyyarədəki təqribən 1 milyon rubl dəyərində texnika oğurlanıb.

Faktla bağlı cinayət işi açılıb, aşkarlanan ayaq və barmaq izləri ekspertiziyaya göndərilib.

Kremlin mətbuat katibi Dmitriy Peskov hadisə ilə bağlı açıqlama verib, belə bir hadisənin təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyini söyləyib.

Qeyd edək ki, Sovet İttifaqı dövründə nüvə müharibəsi vəziyyətində ölkənin ən yüksək vəzifəli şəxslərini daşımaq üçün istehsal olunan xüsusi təyyarə ilk uçuşunu 1985-ci ildə etmişdi. Rusiya Hərbi Hava Qüvvələrində “İlyuşin-80” tipli dörd təyyarə var.

Rusiya xaricində bu tip təyyarələr yalnız ABŞ-da (16 ədəd) mövcuddur.