“Bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib”.
AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Dünyanın bir çox ölkəsində Türkiyə haqq-ədaləti qoruyur, müdafiə edir. Məzlum xalqların mənafelərini müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir. Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir - müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir”, - dövlət başçısı qeyd edib.